XƏBƏRLƏR
MƏLUMAT
“Üzeyir bəyin kiçik qonaqları” adlı konsert proqramı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/06/2025 11:12

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Üzeyir bəyin kiçik qonaqları” adlı konserti keçirilib.

Tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində baş tutub.

Əvvəlcə şagirdlərə muzeydə toplanan eksponatlar barədə ətraflı məlumat verilib.

Konsert proqramında şagirdlər Q.Qarayev, P.İ.Çaykovski, S.Raxmaninov və digər bəstəkarların əsərlərini səsləndiriblər.

Baxış sayı: 167