XƏBƏRLƏR
MƏLUMAT
“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
28/11/2024 15:39

Sloveniyanın Nova-Qoritsa şəhərində “Uzaq sahillərdə” bədii filminin ilk dəfə sloven dilində nümayişi olub.

AZƏRTAC xəbər verir ki, “Mixaylo” ləqəbi ilə tanınan əfsanəvi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (1918-1944) vəfatının 80 illiyinə həsr olunmuş tədbir Şempas qəsəbəsinin mədəniyyət mərkəzində keçirilib. Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) dəstəyi ilə tərcümə edilmiş filmin nümayişi Azərbaycan-Sloveniya Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə reallaşıb. Filmi tamaşaçılara AKİ-nin katibi Tahir Tahiroviç təqdim edib.

Yerli ictimaiyyətin nümayəndələrinin və veteranların iştirakı ilə keçirilən tədbir maraqla qarşılanıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

Baxış sayı: 104