XƏBƏRLƏR
MƏLUMAT
“Uşaqların musiqi dünyası” adlı hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2023 01:18

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin Beynəlxalq Muğam Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Uşaqların musiqi dünyası” adlı hesabat konserti keçirilib.

Konsert zamanı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarxlar  nümayiş olunub.

Məktəbin xalq çalğı alətləri orkestri, “Cırtdan” xoru, “Divizi” xoru, “Renessans” xoru  və solo ifaçılar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ilə çıxış ediblər.

Baxış sayı: 340