XƏBƏRLƏR
MƏLUMAT
“Uşaqlara təbiəti sevdirək” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2024 12:21

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təbiəti sevənlər” layihəsi çərçivəsində “Uşaqlara təbiəti sevdirək” adlı tədbir keçirilib.

İlk öncə Mərkəzin muzey bölməsində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi yad edilib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.

Tədbirdə 225 və 21 nömrəli tam orta məktəblərin şagirdləri şeir kompozisiyası ilə çıxış ediblər, Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında rəqslər təqdim olunub.

Mərkəzin əməkdaşlarının və uşaqların iştirakı ilə “Təbiəti sevənlər” layihəsi çərçivəsində Yasamal rayon İcra Hakimiyyətinin və Mərkəzin qarşısında ağac və güllər əkilib.

Daha sonra tədbir Yasamal parkında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş sərgiyə baxışla davam edib.

 

Baxış sayı: 114