XƏBƏRLƏR
MƏLUMAT
“Uşaqlar həmişə sevinsin” adlı bayram konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2025 11:08

Mayın 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 28 nömrəli Uşaq Musiqi Məktəbində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar həmişə sevinsin” adlı bayram konserti keçirilib.

İlk olaraq bütün uşaqlar bayram münasibətilə təbrik edilib, təhsillərində uğurlar arzulanıb. Qeyd edilib ki, Azərbaycanda uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub.

Konsert proqramında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

 

Baxış sayı: 170