XƏBƏRLƏR
MƏLUMAT
"Uşaqlar dünyanın sevincidir" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2025 10:13

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində Koxlear implantlı uşaqlar üçün "Uşaqlar dünyanın sevincidir" adlı tədbir keçirilib.

Tədbirdəuşaqlar üçün maraqlı, əyləncəli proqram təqdim olunub.

Mərkəzin "Könül" xalq rəqs ansamblı, "Oğuzlar" folklor xalq ansamblı, "Şəlalə" xalq çalğı alətləri xalq ansamblının çıxışları tədbirə xoş ovqat qatıb. Həmçinin nağıl personajlarının, animatorlarıntədbirdə iştirakı , uşaqlarla təşkil edilən oyunlar maraqla qarşılanıb.

Baxış sayı: 170