XƏBƏRLƏR
MƏLUMAT
Uşaq yazıçısı Gülzar İbrahimova Norveçdə azərbaycanlı uşaqlarla görüşüb
ÜMÜMİ XƏBƏRLƏR
05/06/2024 14:14

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Fəxri oxucusu, şair, yazıçı Gülzar İbrahimova Norveçdəki Azərbaycan Evinin təşəbbüsü ilə Oslo şəhərində  Nizami Gəncəvi adına həftəsonu məktəbində olub.

Yazıçı Gülzar İbrahimova bir həftə ərzində Oslodakı Nizami Gəncəvi adına həftəsonu məktəbində, Norveçdəki Azərbaycan Evində, Oslonun tanınmış Deichman Björvika kitabxanasında, Beynəlxalq Uşaq İncəsənət Muzeyində (/The International Museum of Children's Art/) oxucuları ilə silsilə görüşlər keçirib.

Görüşlər zamanı yazıçı oxucuları  yeni əsərləri ilə tanış edib və onları maraqlandıran sualları cavablandırıb. Gülzar İbrahimova görüşlərinin birində məktəbin adını daşıyan Nizami Gəncəvinin həyat və yaradıcılığından söhbət açıb.

Yazıçı uşaqlara öz yeni kitablarını  hədiyyə edib.

Baxış sayı: 179