XƏBƏRLƏR
MƏLUMAT
“Ürəklərdə əbədi yaşar dahi şəxsiyyət” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/05/2023 08:37

Mayın 3-də  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan dövlətinin  qurucusu, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  “Ürəklərdə əbədi yaşar dahi şəxsiyyət” adlı tədbir keçirilib.

Qonaqlar ilk olaraq Mərkəzin muzey bölməsində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad ediblər.

Sonra tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir  dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Tədbir zamanı ümummilli lider Heydər Əliyevin  Azərbaycana  rəhbərlik  etdiyi  bütün  dövrlərdə  ölkənin  daim  tərəqqisi  üçün çalışdığını, bütün ömrünü  Azərbaycanın inkişafına, xalqımızın xoş gələcəyinə, firavan həyatı uğrunda mübarizəyə  həsr  etdiyi qonaqların diqqətinə çatdırılıb.

Ağdam rayon 88 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında  Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib, rəngarəng musiqi nömrələri təqdim olunub, videoslaydlar nümayiş etdirilib.

Baxış sayı: 146