XƏBƏRLƏR
MƏLUMAT
Uralskda Azərbaycan Mədəniyyət Günləri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/11/2024 17:00

Qazaxıstanın Uralsk şəhərində fəaliyyət göstərən "Milli Maarif Cəmiyyəti" İctimai Birliyi Azərbaycan Mədəniyyət Günləri keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə təşkilatın Ağsaqqallar Şurasının, Gənclər Birliyinin üzvləri, Qazaxıstan Xalqı Assambleyasının bölgədəki filialının təmsilçiləri, diaspor nümayəndələri və yerli xalq iştirak edib. Birliyin rəhbəri Nəcəf Məmmədov çıxış edərək qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti haqqında məlumat verib.

Tədbirdə Azərbaycanın mədəniyyətini özündə əks etdirən suvenirlər, musiqi alətləri, geyimlər sərgilənib, milli rəqslər nümayiş olunub.

Sonda fəal diaspor nümayəndələrinə təşəkkürnamələr təqdim edilib.

Baxış sayı: 122