XƏBƏRLƏR
MƏLUMAT
“Unudulmaz fəryadın çiçəklənən baharı-Xocalı!” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2025 10:00

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan N.Nərimanovun xatirə muzeyində Xocalı soyqırımın 33-cü ildönümü ilə bağlı “Unudulmaz fəryadın çiçəklənən baharı- Xocalı” adlı tədbir keçirilib.    

Tədbirdə rəsmilər, ziyalılar, elm adamları, qazilər, mədəniyyət işçiləri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri və digər qonaqlar iştirak ediblər.

Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Xocalı faciəsinə dair tarixi fakt və məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə iştirak edən Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi Əlif Hacıyevin bacısı Şükufə Zeynalova qardaşının keçdiyi şərəfli döyüş yolu barədə danışıb. Ardınca Əlif Hacıyev haqqında videoçarx nümayiş olunub.

Tədbirdə Xocalı faciəsinə həsr olunmuş sərgi nümayiş olunub və şeirlər səsləndirilib.

Baxış sayı: 112