XƏBƏRLƏR
MƏLUMAT
“Unudulmayan şəhidim” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
31/10/2025 16:53

Oktyabrın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzinin və Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin Suraxanı rayon şöbəsinin birgə təşkilatçılığı ilə şəhid Ramiq Ramiz oğlu Abidova həsr olunmuş “Unudulmayan şəhidim” adlı tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, rəsmilər,  rayon idarə və müəssisələrinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhid Ramiq Abidova həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, şəhidlər xalqımızın azadlığı, müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəmanlardır. Onlar öz həyatlarını Vətən uğrunda fəda edərək millətimizin tarixində əbədi iz qoyublar. Şəhidlərin göstərdiyi igidlik və fədakarlıq xalqımız üçün qürur mənbəyidir. Onların xatirəsi daim ehtiramla anılır, adları isə unudulmaz qəhrəmanlıq salnaməsində yaşayır.

Bədii hissədə 85 nömrəli tam orta məktəbin şagirdlərinin ifalarında musiqi nömrələri, şeirlər səsləndirilib və səhnəcik nümayiş olunub.

Baxış sayı: 37