XƏBƏRLƏR
MƏLUMAT
UNESCO: Azərbaycanın qoşulduğu 4 çoxmillətli nominasiya Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib
ÜMÜMİ XƏBƏRLƏR
06/12/2023 14:17

Botsvananın Kasane şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycanın 4 çoxmillətli nominasiyası Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.

AZƏRTAC UNESCO üzrə Azərbaycan Milli Komissiyasına istinadla xəbər verir ki, Hökumətlərarası Komitənin sessiyasında Azərbaycanın qoşulduğu 4 çoxmillətli nominasiyalar: “Təzhib sənəti” (Azərbaycan, İran, Tacikistan, Türkiyə və Özbəkistan) , “İftar və onunla bağlı sosial-mədəni ənənələr (Azərbaycan, İran, Türkiyə və Özbəkistan), “Sədəf sənəti”, eləcə də “Balaban sənətkarlığı və ifaçılıq sənəti” (Azərbaycan və Türkiyə) Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.

Həmçinin, UNESCO-nun Təcili Qorunma Siyahısında yer alan Azərbaycanın “Yallı (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri” ilə bağlı növbəti dövri hesabatın qəbulu gözlənilir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Kasane

Baxış sayı: 272