XƏBƏRLƏR
MƏLUMAT
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/05/2025 16:51

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan bəhs edən videofilm nümayiş olunub.

Daha sonra Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Ulu Öndər haqqında xoş təəssüratını bölüşüb, Heydər Əliyevin həm tarixi yaradan, həm də tarixi şəxsiyyət olduğundan söz açıb və “Sən elə bir zirvəsən “ şeirini səsləndirib.

Tədbirin bədii hissəsində tanınmış müğənnilər bir-birindən gözəl musiqi nömrələri ilə çıxış ediblər. Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin “Aysel” rəqs qrupu isə maraqlı rəqslər nümayiş etdiriblər.

Baxış sayı: 125