XƏBƏRLƏR
MƏLUMAT
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konfrans-konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2025 15:32

Mayın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatı dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Gərək nəbzin ,Vətənin nəbzilə vursun” adlı konfrans-konsert keçirilib.

Tədbirdə rəsmilər, şəhid ailələri, mədəniyət işçiləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Konfransda Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan söhbət açılıb,  onun fəaliyyəti illərində Azərbaycanın qazandığı nailiyyətlərdən danışılıb. Daha sonra “H.Əliyev və Azərbaycan musiqi mədəniyyəti”, “Dünənin, bu günün, sabahın partiyası”, “Mehriban Əliyeva müasir Azərbaycan qadınının siması” kimi məruzələr dinlənilib.

Konsert proqramında məktəbin müəllimləri, xor kollektivi və “Odlar yurdu” rəqs qrupu çıxış ediblər.

Baxış sayı: 200