XƏBƏRLƏR
MƏLUMAT
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Əbədiyaşar Lider" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/05/2023 02:26

Mayın 3-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon Heydər Əliyev Mərkəzinin və Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Əbədiyaşar Lider" adlı tədbir keçirilib. 

İlk olaraq qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Mərkəzin foyesində təşkil olunmuş rəssam Aynur Novruzova və rəsm dərnəyinin üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycanın memarı və qurucusu Ulu Öndərin dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər gördüyü, ölkəmizin bu günü və gələcəyi üçün zəngin irs qoyduğu vurğulanıb. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasətin ən yüksək zirvələri fəth edərək, qızıl hərflərdən ibarət tarix yazdığı və dahi Öndərimizin ideyalarının əbədi olaraq yaşadığı qeyd edilib.

Tədbirin bədii hissəsində şeirlər səsləndirilib, musiqi nömrələri ifa olunub.

Baxış sayı: 230