XƏBƏRLƏR
MƏLUMAT
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/05/2023 02:53

Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konsertdə iştirak edib.

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Akt zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Konsert Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Olimpiya çempionları, Akademiyanın rektoru Fuad Hacıyev, prorektorlar, professor-müəllim və inzibati  heyət, həmçinin tələbələr iştirak edib.

Konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin respublika və beynəlxalq müsabiqələr laureatı olan şagirdləri müxtəlif çalğı alətlərində və vokal sənəti üzrə Azərbaycanın xalq və bəstəkar mahnılarından ibarət musiqi proqramı ilə çıxış ediblər.

Baxış sayı: 265