XƏBƏRLƏR
MƏLUMAT
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin II tur mərhələsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/05/2023 03:40

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Konservatoriyası  (AMK) tərkibində İncəsənət Gimnaziyasının şagirdləri arasında Ümummilli lider  Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin II tur mərhələsi keçirilib.

Qonaqlar ilk öncə mərkəzin muzey bölməsində yerləşən Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

Sonra bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd şagird və tələbələr arasında Ümummilli lider Heydər Əliyev irsini təbliğ edərək istedadlı və yaradıcı gəncləri üzə çıxarmaqdır.

Sonda müsabiqə iştirakçıları öz şeirlərini səsləndiriblər.

Baxış sayı: 255