XƏBƏRLƏR
MƏLUMAT
Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/06/2023 03:35

Mayın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Tofiq Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbinin təşkilatçılığı və Lənkəran Regional Mədəniyyət İdarəsi Lənkəran şəhər Mədəniyyət Mərkəzinin dəstəyi ilə Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Lənkəran şəhərində təşkil edilmiş tədbirdə ilk olaraq Ulu Öndərin zəngin siyasi irsi, şərəfli həyat yolu və fəaliyyəti haqqında məlumat verilib, videoçarxlar  tamaşaçılara təqdim olunub.

Tədbir zamanı musiqi məktəbinin respublika və beynəlxalq müsabiqələr laureatı olan şagird və müəllim kollektivinin təqdim etdiyi konsert proqramı maraqla qarşılanıb.

Baxış sayı: 202