XƏBƏRLƏR
MƏLUMAT
“Ümid nəğməsi" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/12/2025 16:00

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin "Şəlalə" xalq çalğı alətləri xalq ansamblı 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Koxlear implantlı və əlil uşaqlar üçün "Ümid nəğməsi" adlı tədbir keçirib.

İlk olaraq dostluq himni səsləndirilib. Çıxış edənlər eşitmə məhdudiyyəti olan uşaqların həyatında yeni üfüqlər açan, koxlear implant texnologiyasının əhəmiyyətindən söhbət açıblar.

Daha sonra Koxlear implantlı və əlil  uşaqlar öz yaradıcı bacarıqlarını nümayiş etdiriblər. Ardınca "Şəlalə" xalq çalğı alətləri xalq ansamblının üzvləri və solistləri konsert poqramı ilə çıxış ediblər.

Sonda Koxlear implantlı, istedadlı uşaqlara diplomlar təqdim edilib.

Baxış sayı: 14