XƏBƏRLƏR
MƏLUMAT
“Ulu Öndərin ömür yolu vətənə və xalqa xidmət nümunəsidir” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/04/2024 15:11

Aprelin 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Ulu Öndərin ömür yolu vətənə və xalqa xidmət nümunəsidir” adlı tədbir keçirilib.

Tədbirdə rəsmilər, elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qonaqlar öncə Mərkəzin Muzey bölməsi ilə tanış olublar. Burada onlara Mərkəzin bələdçisi tərəfindən Ulu Öndər Heydər Əliyevin həyatının və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotoşəkillər haqqında ətraflı məlumat verilib.

Çıxış edənlər bildiriblər ki, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri tarixi əhəmiyyətə malikdir.  

Sonda iştirakçılar Mərkəzin foyesində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmuş rəsm sərgisi ilə tanış olublar.

Baxış sayı: 242