XƏBƏRLƏR
MƏLUMAT
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü ilə əlaqədar ekskursiya təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
06/05/2024 11:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarının, kiçik oxucularının həmçinin 288 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı müdrik şəxsiyyət, dahi lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətlərindən, milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqını öz təbii sərvətlərinin tam sahibinə çevirməsindən, ana dilinə dövlət qayğısından, Azərbaycanın parlaq gələcəyi üçün atdığı düşünülmüş və cəsarətli addımlarından bəhs olunub.

Sonda Ümummilli lider Heydər Əliyevə həsr olunan “Heydər Əliyev fenomeni” adlı sənədli film izlənilib.

Baxış sayı: 136