XƏBƏRLƏR
MƏLUMAT
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2023 02:53

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş xalq çalğı alətləri şöbəsinin konserti keçirilib.

Tədbirdə Ümummilli Liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan bəhs edən çıxışlarda bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirildiyi diqqətə çatdırılıb.

Bədii hissədə musiqi məktəbinin respublika və beynəlxalq müsabiqələr laureatı olmuş şagirdlərinin, Xalq çalğı alətləri və "Buta" qanun çalanlar ansamblının ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının sevilən əsərləri uğurla səsləndirilib.

Baxış sayı: 275