XƏBƏRLƏR
MƏLUMAT
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
25/04/2023 06:20

Aprelin 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Muğam dünyamıza səyahət" adlı konsert keçirilib.

İlk olaraq Azərbaycan muğamı haqqında məlumat verilib. Bildirilib ki, muğam dünya musiqi xəzinəsinin incisidir. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında və bugünkü  dövrə qədər  gəlib çatmasında mühüm rol oynayır.

Konsetdə məktəbin xanəndə ixtisası üzrə müəllimləri Təranə Musayeva  və Fərhad Ramazanov "Şur dəstgahı", "Dilkəş təsnifi" ilə çıxış ediblər. Onları tarda Vüqar Təhməzov, kamançada isə Zaur Zamanzadə müşayiət edib.

Baxış sayı: 274