XƏBƏRLƏR
MƏLUMAT
Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2024 17:50

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbində Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş slayd nümayiş olunub. Sonra  Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən, şərəfli ömür yolundan və dərin dövlətçilik təcrübəsindən bəhs edilib. 

Bədii hissədə şagirdlərin ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri ifa olunub.

Baxış sayı: 161