XƏBƏRLƏR
MƏLUMAT
Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş şahmat turniri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/04/2024 14:50

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət Evi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş şahmat turniri keçirilib.

Turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışılıb. Bildirilib ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.

Sonra turnirə start verilərək, iştirakçılara uğurlar arzulanıb.

Sonda qalib gələn iştirakçılara Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən medal, diplom və kuboklar təqdim olunub.

Baxış sayı: 170