Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində qardaş ölkədə Azərbaycan ədəbiyyatı üzrə araşdırmaçılar, tanınmış ədəbiyyatşünas alimlər, türk dünyası ədəbiyyatı üzrə fəaliyyət göstərən tədqiqatçılarla görüş keçirilib və onlarla gələcəkdə birgə əməkdaşlıq, ədəbiyyatımıza dair layihələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələrimizin inkişafından danışıb. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin təbliği işini genişləndirmək məqsədilə Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradıldığını qeyd edib.
O, görüşün əsas məqsədinin də Azərbaycan-Türkiyə mədəni- ədəbi əlaqələrinin daha da genişləndirilməsinə dəstək göstərmək, türk dünyasının ortaq dəyərləri, şifahi və yazılı abidələrimizin təbliği, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin irslərinin öyrənilməsi, təbliği, ədəbiyyatımızın ortaq aktual problemləri və onların həlli yollarına dair layihələrin həyata keçirilməsi, klassik irsimizin Türkiyə türkcəsinə tərcüməsi, bu istiqamətdə ortaq layihələrin reallaşdırılması və s. dair əməkdaşlığın müzakirə edilməsi olduğunu bildirib.
Görüşdə qeyd olunan mövzularda çıxışlar olub, alimlərin bu mövzuda fikirləri, təklifləri öyrənilib və gələcəkdə bu istiqamətdə aparılacaq işlərə dair yol xəritəsinin hazırlanması razılaşdırılıb.
Müzakirələrdə Azərbaycan-Türkiyə ədəbi əlaqələri, dünyaya böyük töhfələr vermiş Azərbaycanın zəngin ədəbiyyatı, ortaq tədqiqat əsərlərinin, monoqrafiyaların, elmi məqalələrin hazırlanması, poeziya gecələrinin, müsabiqələrin təşkili, elmi-tədqiqat, ali təhsil ocaqları ilə əlaqələrin genişləndirilməsi, tədqiqat mövzularında Azərbaycan, türk dünyası ədəbiyyatı ilə əlaqədar dissertasiyaların öyrənilməsi və maraqlı mövzuların təşviq edilməsi, nəşrinin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Ədəbiyyatçı alimlər görüşün əhəmiyyətini qeyd edərək, gələcəkdə ədəbiyyatımızın aktual problemləri, təbliğat və tədqiqat layihələri, habelə ədəbi əlaqələrimizin genişləndirilməsinə dəstək məqsədilə Azərbaycan Mədəniyyət Mərkəzinin yanında ədəbiyyatçı alimlərdən ibarət ictimai əsaslarla “Ədəbiyyatımızın könüllü tədqiqatçıları və təbliğatçıları” Qrupun yaradılması təklifini səsləndirib.
Qeyd edək ki, görüşdə Türkiyədə Azərbaycan və türk dünyası ədəbiyyatına dair tədqiqatçı alimlər – professorlar İsmet Çetin, Ayşe Yücel, Osman Çeviksoy, Fatma Ahsen Turan, Hayrettin İvgin, Nuray Tamir, Təhminə Bədəlova, Hebibe Yazıcı Ersoy, gənc tədqiqatçılar Batuhan Aydın və Atabey Barış iştirak ediblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib