XƏBƏRLƏR
MƏLUMAT
Türk Mədəniyyəti və İrsi Fondu ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında Memorandum imzalanıb
ÜMÜMİ XƏBƏRLƏR
19/03/2025 11:04

Türk Mədəniyyəti və İrsi Fondu ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu Türk Mədəniyyəti və İrsi Fondu adından təşkilatın rəhbəri Aktotı Raimkulova, Dünya Gənc Türk Yazarlar Birliyi adından isə qurumun sədri İntiqam Yaşar imzalayıblar.

Bu mühüm addım, Türk dünyası arasında mədəni əlaqələrin gücləndirilməsi və gənc yazarların birgə fəaliyyətini inkişaf etdirmək məqsədini daşıyır. Sənəd iki qurumun ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində əməkdaşlıq etməsinə, həmçinin Türk mədəni irsinin qorunmasına və tanıdılmasına dəstək verəcək.

Baxış sayı: 35