XƏBƏRLƏR
MƏLUMAT
Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar söhbət keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/07/2023 07:12

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar Çəmbərəkənd parkı ərazisində söhbət keçirib.

Söhbət zamanı Tovuz döyüşləri haqqında iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, 2020-ci ilin 12 iyul tarixində Ermənistanın təxribatı nəticəsində Azərbaycanın Tovuz rayonu istiqamətində mövqelərimiz atəşə tutulub. Tovuz döyüşləri ordumuzun növbəti qəhrəmanlıq salnaməsi kimi tariximizə yazılıb, şanlı Qələbəyə doğru gedən yolun başlanğıc mərhələsi kimi yaddaşlara həkk olunub.

Baxış sayı: 198