XƏBƏRLƏR
MƏLUMAT
Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar İkinci Fəxri Xiyaban ziyarət edilib
ÜMÜMİ XƏBƏRLƏR
12/07/2023 08:36

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialı Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar İkinci Fəxri Xiyabanı ziyarət edib.

Ziyarət zamanı respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, həmçinin, şəhidlərin ölməzliyindən danışılıb və onların xatirələrinin bundan sonra da əziz tutulacağı əminliklə qeyd edilib.

Baxış sayı: 229