XƏBƏRLƏR
MƏLUMAT
Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/06/2025 17:16

İyunun 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin Azərbaycan Dövlət Akademik Filarmoniyasında hesabat konserti keçirilib.

Konsert dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşaiyəti ilə baş tutub.

Konsert proqramında musiqi məktəbinin şagirdlərinin ifasında Azərbaycan, rus və Avropa bəstəkarlarınının əsərləri səsləndirilib.

Baxış sayı: 25