XƏBƏRLƏR
MƏLUMAT
Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin bir qrup musiqiçisi Qətərdə konsert proqramında çıxış edib
ÜMÜMİ XƏBƏRLƏR
27/12/2023 14:10

Qətərdə “Yaşıl səhra, daha yaxşı ətraf mühit” mövzusunda keçirilən beynəlxalq sərgi (“Horticultural EXPO 2023 Doha”) çərçivəsində Azərbaycanın Qətərdəki səfirliyinin dəstəyi ilə konsert proqramı təşkil edilib.

Konsertdə Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev iştirak edib.

“Al Bidda” parkındakı amfiteatrda keçirilən konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan  Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin bir qrup musiqiçisi Əməkdar müəllim Gülnarə Səfərovanın bədii rəhbərliyi ilə  Qətərdəki Azərbaycan icması üçün konsert proqramında çıxış ediblər.

Tar, klarnet və fortepiano ifaçılarından (tar - Eminli Emin, klarnet - Güləliyev Elçin , fortepiano - Aydazadə Sevinc) ibarət musiqi qrupu görkəmli Azərbaycan bəstəkarlarının mahnılarını təqdim ediblər.

Qeyd edək ki, “Horticultural EXPO 2023 Doha” beynəlxalq sərgisi növbəti 2024-cü il, martın 28-dək davam edəcək.

Baxış sayı: 305