Dekabrın 7-də Azərbaycan Yazıçılar Birliyində türkoloq, Əməkdar elm xadimi Tofiq Məliklinin “Türkbilimi (Türkoloji) yazılarımdan seçmələr” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Tofiq Məlikli kitabının necə ərsəyə gəlməsindən danışıb. O, kitabın türkologiya üçün çox dəyərli nəşr olduğunu deyib. Qeyd edib ki, kitabda ümumtürk mədəni irsinin öyrənilməsi, türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, qədim türklərin dünya mədəniyyətindəki mövqeyini aşkarlamaq istiqamətində araşdırmalar aparılıb.
Əməkdar incəsənət xadimi Firuz Mustafa Tofiq Məliklinin həyat və yaradıcılığından söz açıb. O, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının təbliğində T.Məliklinin müstəsna rolunu vurğulayaraq, Azərbaycan-Rusiya əlaqələrinin inkişafına da çox böyük töhfə verdiyini diqqətə çatdırıb.
Firuz Mustafa qeyd edib ki, T.Məliklinin yeni kitabına son vaxtlar yazdığı türkbilimi (türkologiya) ilə bağlı məqalələrinin bir hissəsi toplanıb. Türklərin ədəbiyyatı, tarixi, dili, mədəniyyətini araşdıran müəllif türkbiliminin həll olunması gərəkən önəmli problemlərinə diqqəti çəkib.
Filologiya elmləri doktoru, kitabın elmi redaktoru Minaxanım Nuriyeva T.Məliklinin kitablarının unikallığı ilə seçildiyini bildirib. O, belə tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb. Həmçinin T.Məliklinin türkologiya ilə bağlı işlərinin təkcə Azərbaycana deyil, ümummilikdə, türk dünyasına töhfə verdiyini deyib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Tofiq Məliklinin demək olar ki, bütün kitablarını oxuduğunu bildirib. Xalq yazıçısı bu kitabın türkologiya elmi üçün bir töhfə olduğunu vurğulayıb.
Anar Tofiq Məlikliyə yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə digər çıxış edənlər Tofiq Məliklinin yaradıcılığı və müəllifi olduğu kitab haqqında fikirlərini bölüşüblər.
Bildirilib ki, Tofiq Məlikli tanınmış dilçi-türkoloqdur. O, Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra Asiya Xalqları İnstitutunun (sonralar Rusiya EA Şərqşünaslıq İnstitutu adlandırılıb) aspiranturasına daxil olub. Namizədlik dissertasiyasını müdafiə edəndən sonra ona həmin institutda işləmək təklif olunub. 1985-ci ildə T.Məlikli Sovet Türkoloqları Komitəsi sədrinin müavini təyin edilib. 1991-ci ildə İstanbul Universitetində rus dili kafedrasının rəhbəri olub, eyni zamanda, Türkiyədə Azərbaycan dili və ədəbiyyatından dərs deyib. T.Məlikli, türkologiya elmində ilk dəfə olaraq, Türkiyənin yeni poeziyasının dolğun sistemini işləyib hazırlayıb. O, həmçinin bədii əsərlərin tərcüməçisi kimi tanınıb. Onun sayəsində rus və Azərbaycan oxucuları Nazim Hikmət, Yaşar Kamal, Fakir Baykurt, Fazil Hüsnü Dağlarca və başqa məşhur türk yazıçılarının əsərləri ilə tanış olublar.
Tofiq Məlikli türkoloq, filologiya elmləri doktoru, türkologiya, Türkiyə və Azərbaycan mədəniyyəti və ədəbiyyatı problemləri üzrə çoxsaylı əsərlərin müəllifi, Rəsul Rza mükafatının ikiqat laureatı, Bəxtiyar Vahabzadə mükafatı laureatı, Rusiya Yazıçılar İttifaqının Sergey Yesenin mükafatı laureatıdır.





- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib