XƏBƏRLƏR
MƏLUMAT
“Tıq- tıq xanımın sərgüzəştləri” tamaşası nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
03/10/2025 14:32

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayı Valideyn himayəsindən məhrum uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində “Kirpi” kukla teatrının təqdimatında “Tıq- tıq xanımın sərgüzəştləri” tamaşasını nümayiş etdirib.  

Tamaşada nağıl personajlarının bir-birindən maraqlı çıxışları uşaqlara sevinc bəxş edib.

Tamaşadan sonra uşaqlar üçün musiqili-əyləncəli proqram təqdim olunub.

 

Baxış sayı: 43