XƏBƏRLƏR
MƏLUMAT
“Tıq-tıq xanımın sərgüzəştləri” adlı kukla tamaşası nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
25/08/2025 11:43

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında “Kirpi” kukla teatrının təqdimatında “Tıq-tıq xanımın sərgüzəştləri” adlı kukla tamaşası nümayiş olunub.

Kukla teatrının keçirilməsinin əsas məqsədi uşaqları nağıllar aləminə aparmaq, onlarda özgüvən və sərbəstlik hissini artırmaqdır.

Tamaşadan öncə uşaqlarla interaktiv şou proqram keçirilib.

Sonda balaca tamaşaçılar nağıl qəhrəmanları ilə şəkil çəkdirib öz sevinclərini alqışlarıyla bildiriblər.

Baxış sayı: 53