XƏBƏRLƏR
MƏLUMAT
“Təhsilli qadın, təhsilli gələcək” adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/03/2025 11:53

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Təhsilli qadın, təhsilli gələcək” adlı dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edənlər cəmiyyətin inkişafında təhsilli qadının önəmli rolu, qızların təhsildən kənarda qalmasının o ölkənin, xalqın, toplumun faciəsi olması barəsində ətraflı məlumat veriblər. Bildiriblər ki,  qızlarımızın təhsil alması cəmiyyətdə gender bərabərliyinin, qadınların iqtisadi iştirakçılığının təmin olunması və ölkənin bütün sahələrdə inkişafı baxımından xüsusi əhəmiyyətlidir.

Daha sonra mövzu ilə bağlı videoçarx nümayiş olunub və tədbir qarışılıqlı müzakirə şəklində davam edib.

Baxış sayı: 189