XƏBƏRLƏR
MƏLUMAT
“Təhsildə Mədəniyyət və Mədəni Çağırışlar Paneli” həyata keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/04/2025 12:33

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan H.Abbasov adına Mədəniyyət Mərkəzində “Təhsildə Mədəniyyət və Mədəni Çağırışlar Paneli” həyata keçirilib.

Paneldə sahə ekspertləri, panel spikerləri, psixoloq və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Layihənin əsas məqsədi müasir təhsildə mədəniyyət konsepsiyası, müəllim-şagird münasibətləri və ünsiyyət mədəniyyətidir.

Panel açıq mikrafon formatında keçirilib. Spikerlər müəllim və şagirdlərin suallarını cavablandıraraq onlara maraqlı olan mövzularda öz tövsiyyə və təkliflərini bildiriblər.

 

Baxış sayı: 223