XƏBƏRLƏR
MƏLUMAT
“Təhsil millətin gələcəyidir” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/09/2023 06:52

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 15 sentyabr-Bilik Günü ilə əlaqədar Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə birgə tədbir keçirib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir iştirakçıları muzeylə tanış olublar.

Tədbir zamanı Bilik Günü ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, müəllim əməyinin nəticəsində cəmiyyətdə savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.

Tədbirdə 53 və 13 nömrəli tam orta məktəbin şagirdləri şeirlər söyləyiblər.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Baxış sayı: 245