XƏBƏRLƏR
MƏLUMAT
“Təbrizin 40 sehrli nağılı” kitabı çap olunub
ÜMÜMİ XƏBƏRLƏR
19/02/2024 09:56

“Təbrizin 40 sehrli nağılı” kitabı nəşr olunub.

AZƏRTAC xəbər verir ki, kitaba ön və son sözləri Sirus Mədədi və Pərvanə Məmmədli yazıb. Kitabda məşhur qədim Azərbaycan miniatürləri ilə yanaşı, çağdaş rəssamlar Pəri Miniatür və Natiq Camal Əfşarın əsərlərindən istifadə edilib.

Sirus Mədədinin nəşrə hazırladığı kitabı ərəb əlifbasından Pərvanə Məmmədli çevirib.

Kitabda Səməd Behrəngi və Bəhruz Dehqaninin Təbriz və ona yaxın Mamağan, Tufarqan ərazilərindən topladıqları nağıllar yer alıb. Həmçinin oralarda olan yerli şivə və dialekt xüsusiyyətləri saxlanılıb.

Baxış sayı: 116