Oqtay Rza 1934-cü ilin 2 noyabrında, Salyanın Qalalı kəndində dünyaya göz açıb. Salyan şəhərində orta məktəbi bitirəndən sonra Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olub. On il neftçi-geoloq kimi çalışıb, ruzisini “qara qızıl”dan çıxarıb. Elmi-tədqiqat işi müdafiə edib geologiya-minerologiya elmləri namizədi olub. Uzun müddət APİ-də, coğrafiya fakültəsində müəllimlik edib, dosent vəzifəsində çalışıb. Axtarsan, Azərbaycanın hər bir bölgəsində onun tələbələri var.
Ədəbiyyat aləmində Oqtay Rza kimi tanınan şairimizin əsl tərcümeyi-halı onun mətbuatda çap etdirdiyi, kitablarına hopdurduğu yüzlərlə şeirlərindədir. Bu şeirlərdə mənsub olduğu xalqın bir oğlu kimi Oqtay Rzanın həyata, gözəlliklərə, millətinin şanlı tarixinə, elinə-obasına böyük məhəbbətinin yaşantıları ilə qarşılaşırıq. Öncə millətini sevən bir Azəri türkünün nidasını eşidirik:
Bütün nəticələr səbəbdən gəlib,
“Ənəlhəqq” harayı Hələbdən gəlib,
Dinim, etiqadım ərəbdən gəlib,
Dilim ta əzəldən özümünküdür!
Təbriz-qarmağında zorun, zillətin,
Göyçə-tapdağında “yazıq millət”in,
Dərbənd-caynağında mütləqiyyətin,
Qədim Borçalını görmək çox çətin,
Bölünmüş məmləkət özümünküdür!
Bəzən dost bildiyin çevrilir yada,
Ya da keçmişini heç salmır yada,
“Ov”, “yev” soyadımdan bərk yapışsa da,
Millət həmişəlik özümünküdür!
Ayrılıq çayıtək Araz seçilib,
Şərabla bərabər qan da içilib,
Zaman böyüdükcə ölkəm kiçilib,
Dövlət həmişəlik özümünküdür!
Oqtay Rza ədəbiyyata hələ yeddinci sinifdə oxuyarkən Salyan rayon qəzetində çap etdirdiyi “1 May” şeiri ilə gəlib. Onda qırxıncı illərin sonlarıydı, balaca boylu, amma gözlərindən işıq və sevgi yağan Oqtay Salyanda özündən bir neçə yaş böyük olan gənc şairlər - Əliağa Kürçaylı və Ağacavad Əlizadə ilə dostluq edib, onlardan çox şey öyrənib. 1952-ci ildə, on səkkiz yaşı olanda böyük şairimiz Səməd Vurğun Azərbaycanın müxtəlif bölgələrində yaşayan gənc əli qələmliləri öz yanına dəvət edib, onlara şeirin-sənətin çətin yollarından, şərəfli missiyasından söz açıb. Oqtay Rza da bu dəvət olunanlardan biri idi. Sonralar, ədəbi mühitə alışandan sonra Oqtay Rzanın həyatında silinməz izlər buraxan sənətkarlar olacaq: Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Xəlil Rza, Məmməd Araz, Hüseyn Arif…
Oqtay Rza təbiət vurğunu idi, səyahət eləməyi, gəzib-dolanmağı çox sevir, nəinki Azərbaycanı, keçmiş SSRİ məkanını da seyr etməkdən yorulmayıb. Təbiəti duya bildiyi üçün şeirlərində də o hissləri, o duyğuları yaşada bilib. Onun şeirlərindəki poetik təbiət mənzərələri, dünyanın rəngarəng peyzajları, bəzən suyun şırıltısı, biçənəklərin xoş ətri, yağışın səsi aydınca duyulur. Onun “Günəşin adından” adlı şeir kitabını isə“Azərbaycanın şeirlə yazılmış canlı xəritəsi” adlandırmaq olar.
Adətən, şairlərin adları qarşısında “təbiət şairi”, “vətənpərvər şair”, “gözəllik şairi” və s. təyinlər işlədirlər. Oqtay Rza bunların hamısına aid olan bir şairdir. Dəfələrlə döyüş bölgələrində olub, əsgərlər qarşısında şeir oxuyub. Oqtay Rzanın şair ilhamı bütün mövzularda öz poetik əksini tapır, yəni, o, nədən yazırsa-yazsın, o şeirdə həmişə yeni bir fikir söyləməyə çalışır, əksər hallarda buna müvəffəq olur. Dəfələrlə deyilmiş fikirlərə təzə rəng, naxış vurmağı bacarır. Onun şeir yolu, fərdi üslubu Səməd Vurğun yoludur. Amma bütün şeirlərində Oqtay Rzanın özünü görərsiniz, çünki təqlidçilik ona yaddır.
Şair dünyanın dərdini öz ürəyinə yığan və bu dərdlərlə yaşayan bir əzabkeşdir və Oqtay Rza da bu əzabkeşlərdən biridir. “Dünya yaman yiyəsizsən” şeiri bu zamana, bu çağlara aiddir. “Əkslik” şeirində də dünyanın təzadları əks olunur. Bəzən o, müəyyən bir sözə poetik rəng də qata bilir. Oqtay müəllim çoxlu ithaflar yazır və tanıdığı, hörmət və dostluq etdiyi müxtəlif sənət adamlarını mədh edir. İkincibirməqamdaodurki, OqtayRzaAzərbaycanpoeziyasınınrübaijanrınatez-tezmüraciətedib. Çalışıb ki, bu yığcam formada təzə söz deyə bilsin. Rübailəri də mövzuca rəngərəngdir. Əgər Oqtay Rzanın necə bir şair olduğunu bilmək istəyirsinizsə, onun rübailərini oxuyun. Oqtay Rza yaradıcılığına müəyyən rəng qatan incə, xəfif yumor hissi bu rübailərdə də yaşanır:
Tikanı gül kimi iyləyənlər var,
Bülbülə torağay söyləyənlər var.
Məhəmməd Füzuli eşitsin: - İndi
Salamı mükafat eyləyənlər var.
Çıxdı qabağıma tanış bədnəzər,
Uzun yalanından özü də bezər.
Çoxüzlu mineral qiymətli daşdır,
Çoxüzlü adamın əlindən həzər!
Əməkdar müəllim, görkəmli şair, alim və pedaqoq Oqtay Rza 18 avqust 2019-cu il tarixində vəfat edib.
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib
- 14:32 Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib
- 14:29 “Xocalıya” əsəri Əlixan Səmədovun ifasında rəqəmsal platformalarda yayımlanıb
- 10:00 "Qış nağılı" adlı yeni il şənliyi keçirilib
- 09:28 Xalq artisti Gülağa Məmmədovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
- 11:27 Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:47 Yasamal rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
- 09:38 Milli Kitabxanada Knyaz Aslanın 65 illiyinə həsr olunmuş sərgi ziyarət edilib
- 09:27 “Şirinlər və Şaxta Baba” adlı uşaq tamaşası nümayiş olunub
- 17:31 “Qu gölü" baleti fransız və Belarus solistləri tərəfindən ifa olunub
- 11:55 Respublika Uşaq Kitabxanasının 60 illiyi qeyd olunub
- 10:54 Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür
- 10:48 Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin 75 illiyi münasibətilə görüş keçirilib
- 09:47 “Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub
- 09:20 Muzey Mərkəzində təsviri sənət üzrə “Milli motivlər” adlı ustad dərsi keçirilib
- 17:01 Xalq rəssamı Əzim Əzimzadənin 145 illiyinə həsr olunan sərgi nümayiş olunub
- 14:21 İtalyan bəstəkarı C. Puççininin “Toska operası yenidən Opera və Balet Teatrının səhnəsində
- 11:26 “Milli Həmrəylik: Birlikdən doğan güc” adlı tədbir keçirilib
- 11:19 Dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə çap edilmiş yeni kitabların təqdimatı keçirilib
- 09:27 Milli Kitabxanada “Tofiq Bakıxanov. Biblioqrafiya” kitabının təqdimatı keçirilib
- 09:24 Ankarada Musiqi və Gözəl Sənətlər Universiteti ərazisindəki küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib
- 09:22 Filarmoniyada Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr edilən konsert olub
- 14:41 "Həyatla oyun" tamaşası nümayiş olunub
- 14:11 Azərbaycan ilk dəfə Budapeşt Beynəlxalq Sirk Festivalının münsiflər heyətində təmsil olunur
- 13:10 Bakı Şəhər Xalq Teatrları Festivalının qaliblərinin tətifolunma mərasimi keçirilib
- 12:11 Mədəniyyət naziri Adil Kərimli Qətər Dövlətinin Milli Günü ilə bağlı tədbirlərdə iştirak edib
- 11:50 “Uşaqların Həmrəyliyi – Dünyanın Ümididir” adlı konsert keçirilib
- 10:47 Milli Kitabxanada akademik Nailə Vəlixanlının 85 illiyinə həsr olunmuş sərgi açılıb
- 09:43 “Azərbaycan xalqının suverenlik yolu” adlı tədbir keçirilib
- 09:26 "Qonağımız var" layihəsi çərçivəsində növbəti görüş keçirilib
- 09:15 Xalq artisti Rəşid Behbudovun anadan olmasının 110 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib
- 09:07 Xalq rəssamı Elmira Şaxtaxtinskinin 95 illik yubleyinə həsr olunmuş sərgi nümayiş olunub
- 17:04 “Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib
- 15:58 “Konstitusiya və uşaq hüquqları” mövzusunda tədbir keçirilib
- 15:51 “Nəğməyə, rəngə, sözə dönən 90 il” adlı yubiley konserti keçirilib
- 15:21 “Maqsud Şeyxzadə” bədii filmi çəkiləcək
- 15:12 Gənclər Kitabxanasında professor Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:35 Özbəkistan nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olub
- 09:31 Heydər Əliyev Mərkəzində "And və Qafqaz dağları arasında təxəyyül dünyası” sərgisinin açılışı olub
- 17:12 “Ağ atlı oğlan” bədii filmi nümayiş olunub
- 15:29 "Konstitusiya və Suverenlik İli" adlı sərgi təşkil edilib
- 11:10 Qəbul tarixi dəyişdirildi
- 09:48 Akademik Milli Dram Teatrı Çin teatrları ilə əməkdaşlığa başlayır