XƏBƏRLƏR
MƏLUMAT
“Təbiəti dilləndirən musiqi” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/05/2024 10:07

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan R. Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təbiəti dilləndirən musiqi” adlı tədbir keçirilib.

Tədbirdə musiqi məktəblərinin nümayəndələri,  musiqisevərlər  və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə təbiətlə musiqinin qarşılıqlı təsirindən, son zamanlar təbiətin yaratdığı problemlərdən danışılıb.

Sonra məktəb şagirdlərinin ifasında təbiəti təsvir edən, təbiətə həsr edilmiş musiqi əsərləri dinlənilib.

Tədbir dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Baxış sayı: 392