XƏBƏRLƏR
MƏLUMAT
“Təbiətə valeh olanlar” layihəsi uğurla davam edir
ÜMÜMİ XƏBƏRLƏR
24/09/2024 11:45

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən “Təbiətə valeh olanlar” beynəlxalq layihəsi uğurla davam edir.

Layihə çərçivəsində Belarus Yazıçılar Birliyinin üzvü, yazıçı Tatyana Kudryavtseva üç böyük çay haqqında nağılını təqdim edib.

Müəllif nağılında oxuculara Yer kürəsinin  Avropa hissəsində axan üç böyük çayı olan Volqa, Qərbi Dvina və Dnepr çaylarından bəhs edir.

Nağıl ilə aşağıdakı keçidə daxil olaraq tanış ola bilərsiniz:

https://drive.google.com/file/d/1XvKqAHSRq8bsS53pi1vDyvKs5Jvgb15Z/view?usp=sharing

 

Baxış sayı: 56406