XƏBƏRLƏR
MƏLUMAT
“Təbiətə valeh olanlar” layihəsi davam edir
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2024 10:27

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən “Təbiətə valeh olanlar” layihəsi davam edir.

Layihə çərçivəsində kitabxananın Fəxri oxucusu, tanınmış şair, yazıçı-publisist Gülzar İbrahimova oxuculara “Çin hekayəti” nağılını təqdim edib.

Müəllif hekayədə təbiətin daima qayğısına qalmağın, təbiəti və orada yaşayan canlıların qorumağın vacibliyini uşaqlara çatdırır.

Nağıl ilə aşağıdakı keçidə daxil olaraq tanış ola bilərsiniz:

https://drive.google.com/file/d/1h7w4ISVglYmK8zWsnPv5Aedkk6eiqHf_/view?usp=drivesdk

Baxış sayı: 255