XƏBƏRLƏR
MƏLUMAT
Teatr Muzeyində “Şəhid adı hər bir addan ucadır!” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/01/2025 09:15

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı “Şəhid adı hər bir addan ucadır!” adlı tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin əməkdaşı, elmi-kütləvi işlər üzrə şöbənin müdiri Ümidə Hacıyeva tədbirdə geniş məruzə ilə çıxış edib.

Sonra muzey işçilərinin 20 Yanvar faciəsi ilə bağlı hazırladığı videoçarx nümayiş olunub.

Tədbirin bədii hissəsində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin şeir kompozisiyaları nümayiş olunub. Həmçinin milli birlik və vətənpərvərliyimizin simvoluna çevrilmiş o qanlı gecənin dəhşətlərini əks etdirən rəsmlərdən ibarət sərgi göstərilib.

Baxış sayı: 39