XƏBƏRLƏR
MƏLUMAT
“Tarixin qanlı səhifəsi” adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/03/2024 17:04

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tarixin qanlı səhifəsi” adlı dəyirmi masa keçirilib.

İlk öncə Mərkəzin foyesində 31 Mart - Azərbaycanlıların Soyqrımı Gününə  həsr olunmuş  rəsm əsərləri və kitab sərgisi nümayiş edilib.

Tədbirdə çıxış edənlər 1918-ci il martın sonlarından başlayaraq Azərbaycanda ermənilər tərəfindən dəhşətli soyqırımı aktı həyata keçirilməsindən, ölkənin müxtəlif bölgələrində törədilən qətliamlar nəticəsində on minlərlə insanların vəhşicəsinə qətlə yetirildiklərindən danışıblar.

Daha sonra tədbir dikusiya şəklində davam edib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Sonda şagirdlər Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Baxış sayı: 354