XƏBƏRLƏR
MƏLUMAT
"Tarixin qanlı faciəsi-Xocalı" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2025 14:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası "Tarixin qanlı faciəsi-Xocalı" adlı tədbir keçirib.

İlk olaraq Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Xocalı soyqırımı haqqında məlumat verilib. Bildirilib ki, Xocalı soyqırımında, cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində 613 nəfər qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi hələdə məlum deyil.

Tədbirin bədii hissəsində Xocalı faciəsinə həsr olunan şeirlər səsləndirilib.

Baxış sayı: 240