XƏBƏRLƏR
MƏLUMAT
“Tarixin özü” adlı konsert proqramı təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2023 05:39

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şağan qəsəbə Mədəniyyət Mərkəzi və Nizami adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May-Müstəqillik Gününə həsr olunmuş “Tarixin özü” adlı konsert proqramı təqdim olunub.

İlk öncə qonaqlar Rəsm dərnəyinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Sonra tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konsertdə Mədəniyyət Mərkəzlərinin özfəaliyyət dərnəyinin üzvləri, solistləri, 17 nömrəli uşaq musiqi məktəbinin nağaraçalanlar ansamblı, “Kiçik Qala” rəqs qrupu, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Bülbülcan adına Şuşa musiqi məktəbinin xanəndəlik sinfinin müəllimləri, “Möcüzə”,  “Özəl” rəqs qruplarının üzvləri biri-birindən rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

Baxış sayı: 303