XƏBƏRLƏR
MƏLUMAT
“Tarixin Lideri” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2024 10:04

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət evi Xəzər rayon Gənclər və İdman İdarəsi ilə birgə Ulu Öndər Heydər Əliyevin 101 illik yubleyi ilə əlaqədar “Tarixin Lideri” adlı tədbir keçirib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndərin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Liderin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən danışılıb.

Bədii hissədə Mədəniyyət evinin “Səma” rəqs ansamblı, gənc müğənnilər çıxış ediblər.

Baxış sayı: 206