XƏBƏRLƏR
MƏLUMAT
"Tarixin izi ilə" adlı rəsm sərgisi təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
31/03/2023 01:31

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzində 31 Mart-Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar "Tarixin izi ilə" adlı rəsm sərgisi təşkil edilib. Sərgidə Mərkəzin rəsm kursunun tələbələrinin rəsmləri nümayiş  olunub.

Sərginin nümayişindən əvvəl şəhidlərimizin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü haqqında məlumat verildikdən sonra sərgi nümayiş olunub və Mərkəzdə fəaliyyət göstərən "Cırtdan" poeziya teatrının üzvləri vətənə, torpağa, şəhidlərə  aid şeirlər səsləndiriblər.

Baxış sayı: 350