XƏBƏRLƏR
MƏLUMAT
“Tarixin bütöv Azərbaycan ili” adlı hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/05/2024 16:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 24 nömrəli Onbirillik Musiqi Məktəbinin 28 May - Müstəqillik Gününə həsr edilmiş “Tarixin bütöv Azərbaycan ili” adlı hesabat konserti keçirilib.

İlk öncə 28 May - Müstəqillik Gününün tarixi haqqında məlumat verilib və bayram münasibəti ilə təbriklər səslənib.

Konsertdə məktəbin respublika və beynəlxalq müsabiqələr laureatı olan şagirdləri Azərbaycan və xarici bəstəkarların əsərləri, həmçinin milli musiqilərimizlə çıxış ediblər.

Baxış sayı: 261