XƏBƏRLƏR
MƏLUMAT
"Tarixin acı səhifəsi" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/01/2024 17:14

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş "Tarixin acı səhifəsi" adlı tədbir keçirilib.

Tədbirdə 20 Yanvar hadisələrindən, faciənin dəhşətlərindən, xalqımızın müstəqillik naminə apardığı mübarizədən bəhs edilib.

Sonra 20 Yanvar faciəsinə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.

Baxış sayı: 252